RU

Abşeronda qətl: Əminə Məlikova öldürülüb

Sentyabrın 2-də saat 14 radələrində Abşeron rayonunun Saray qəsəbəsində Əminə Məlikovanın öldürülməsi barədə məlumat daxil olub.

Doğru.az xəbər verir ki, Abşeron Rayon Prokurorluğundan bildirilib ki, araşdırma zamanı 1967-ci il təvəllüdlü Pərviz Məlikovun qardaşı arvadı 1972-ci il təvəllüdlü Əminə Məlikovaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adamöldürmə) ilə cinayət işi başlanıb. Pərviz Məlikov şübhəli şəxs qismində saxlanılıb.

İbtidai istintaq davam etdirilir.

DOĞRU.AZ

Избранный
109
12
dogru.az

10Источники