RU

Vaşinqton rəhbərliyi Tramp administrasiyasını məhkəməyə verdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-nin paytaxtı Vaşinqtonun yerləşdiyi Kolumbiya dairəsi Tramp administrasiyasına qarşı məhkəmə iddiası qaldırıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Kolumbiya dairəsi rəhbərliyinin bəyanatında deyilir.
İddiada əsas arqument Milli Qvardiya döyüşçülərinin cinayətlə mübarizə üçün paytaxta göndərilməsinin "hərbi işğal" kimi qiymətləndirilməsi olub.
Kolumbiya dairəsi federal məhkəməsinə verilən iddiada vurğulanır ki, ABŞ administrasiyası bu addımı ləğv etməli və gələcəkdə belə hərəkətlərə yol verməməlidir.
Xatırladaq ki, avqustun 11-də ABŞ prezidenti cinayətkarlıqla mübarizə üçün Vaşinqtona Milli Qvardiya qoşunlarının yeridildiyini bəyan etmişdi.
Избранный
26
50
oxu.az

10Источники