RU

Avropa liderləri Trampla “gərgin” söhbət edib KİV

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Avropa liderləri ABŞ Prezidenti Donald Trampla “gərgin” söhbət edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Bild” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Belə ki, ABŞ lideri ilə telefon danışığından sonra Avropa liderləri arasında narazılıq və məyusluq artıb.

Bildirilir ki, Avropa liderləri Trampın Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyini gözləmir.

O da məlum olub ki, koalisiya üzvləri anti-Rusiya sanksiyalarının tətbiqi məsələsi ilə bağlı işçi qrupunun yaradılması üçün Vaşinqtona öz nümayəndələrini göndərməyi təklif ediblər.

Qeyd edək ki, sentyabrın 4-də Parisdə Kiyevin təhlükəsizliyinə zəmanət verməklə bağlı “könüllülər koalisiyası” iclas keçirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
79
1
qafqazinfo.az

10Источники