RU

Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 12 % dən çox artıb

ain.az, Banco.az saytına istinadən bildirir.

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 17 milyard 637 milyon manat olub.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,3 % çoxdur.

İndiyə qədər Azərbaycan ərazisində 108 255 ədəd yeni nəsil NKA quraşdırılıb.

"Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb", - deyə məlumatda qeyd olunub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
29
4
banco.az

5Источники