RU

"Formula-1": Daniel Rikkardo karyerasını başa vurdu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Keçmiş "Formula-1" pilotu Daniel Rikkardo karyerasını başa vurduğunu açıqlayıb. Eyni zamanda, 36 yaşlı avstraliyalı "Ford Racing"in qlobal səfiri olub.
Oxu.Az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilib.
Eks-pilot keçən mövsüm RB komandası üçün yarışıb və 18 yarışda 12 xal toplayaraq ümumi nəticədə 17-ci olub.
Rikkardo "Formula-1"də 14 mövsüm keçirib. O, həmçinin HRT, "Toro Rosso", "Red Bull", "Renault", "McLaren" komandalarında yarışıb.
Ümumilikdə, avstraliyalı 257 Qran-pri yarışında iştirak edib, səkkiz dəfə qalib gəlib, üç poul qazanıb və 32 dəfə podiuma çıxıb. 2014-cü və 2016-cı illərdə Rikkardo "Red Bull" ilə ümumi sıralamada üçüncü olub.
Избранный
110
4
oxu.az

10Источники