RU

AFFA: Futbolçular 0:5 nəticəsinə layiq deyillər

AFFA-nın baş katibi Cahangir Fərəcullayev Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsində Reykyavikdə İslandiya yığmasına 0:5 hesabı ilə məğlub olduqları oyundan sonra açıqlama verib.

Doğru.az xəbər verir ki, o, komandanın müdafiədə oynamasını düzgün hesab etməyib:

“İslandiya yığmasına hörmətlə yanaşırıq. İlk dəqiqələrdən müdafiədə 6-7 futbolçu ilə oynamamalıydıq”.

Fərəcullayev futbolçuların günahkar olmadığını bildirərək əlavə edib:
“Fernandu Santuş ev tapşırığını düzgün yerinə yetirmədi. Sistem başdan səhv idi. Onun Azərbaycan xalqına, futboluna yanaşması düzgün deyil. İndi onun matçdan sonrakı açıqlaması maraqlıdır. İstefa verməsə, lazımi tədbirləri görəcəyik”.

DOĞRU.AZ

Избранный
37
8
dogru.az

10Источники