RU

“KamAZ”ın avtomobillərin üzərinə aşması nəticəsində ölənlərin sayı artıb

06.09.2025-ci il tarixində saat 09:40 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə təcili tibbi yardım briqadası tərəfindən 3 nəfər (1 kişi, 2 qadın cinsli) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Bu barədə Ölkə.Az-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, onlardan 2000 və 2002-ci il təvəllüdlü şəxslərə (qadın cinsli) döş qəfəsinin səthi travması və qarın divarının əzilməsi diaqnozu təyin olunub. Zəruri tibbi xidmət göstərildikdən sonra hər iki şəxs ambulator müalicə üçün evə buraxılıb.

Hadisə nəticəsində 1978-ci il təvəllüdlü (kişi cinsli) şəxs tibb müəssisəsinə aqonal vəziyyətdə hospitalizasiya olunub. Ona CPR dəstəyi (ürək-ağciyər reanimasiyası) tətbiq olunsa da bioloji ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, qəza nəticəsində 2 nəfərin (kişi cinsli) hadisə yerində həkiməqədər ölüm faktı qeydə alınmışdı.

Billurə

Избранный
66
9
olke.az

10Источники