RU

Qazaxdan Bakıya gələn 45 yaşlı kişi itkin düşdü - Foto

Qazax rayonunda 45 yaşlı kişi itkin düşüb.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, rayonun Aslanbəyli kənd sakini, 1980-ci il təvəllüdlü, Camal Mədət oğlu Məmmədov avqustun 2-də yaşadığı ünvandan çıxaraq Bakı şəhərinə gəlib və bir daha geri qayıtmayıb.

İtkin düşən şəxsin əlamətləri belədir: gözlərinin rəngi qəhvəyi, boyu 176 sm, orta bədən quruluşludur. Sonuncu dəfə evdən gedərkən üzərində ağ köynək, qara şalvar, qara ayaqqabı olub.

Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" xidmətinə, həmçinin Qazax Rayon Polis Şöbəsinin 0229 5 14 97, 051 233 40 22, 050 258 57 57 şəhər və mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Избранный
6
22
axar.az

10Источники