RU

Hüseyn Məmmədli Zalsburqda keçirilən "Karate-1" A Seriya turnirində gümüş medal qazandı

BAKI, 7 sentyabr. TELEQRAF

İdman karatesi (WKF) üzrə Azərbaycan milli komandasının üzvü Hüseyn Məmmədli Avstriyanın Zalsburq şəhərində keçirilən Karate-1 A Seriya beynəlxalq turnirində uğurla çıxış edib.

Teleqraf federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, təcrübəli karateçi yarışın finalına qədər irəliləyərək gümüş medala sahib olub.

Qeyd edək ki, Karate-1 A Seriya turnirləri idmançıların dünya reytinqində xal toplaması baxımından böyük əhəmiyyət kəsb edir. Hüseyn Məmmədlinin qazandığı medal Azərbaycan karateçilərinin beynəlxalq arenadakı uğurlarının davamıdır.

Избранный
28
16
teleqraf.com

10Источники