RU

Klubunda hamını arxada qoydu

“Mançester Yunayted”də avqust ayının ən yaxşı futbolçusu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu nominasiyada Brayan Mbemo qalib gəlib. 26 yaşlı hücumçu azarkeşlər arasında keçirilən səsvermədə müdafiəçilər Matteys de Liqt ilə Leni Yoronu qabaqlayıb.

Mbemo MY-yə bu yay 65 milyon funt sterlinqə (müqavilədə 6 milyon funt sterlinq məbləğində bonus da nəzərdə tutulub) “Brentford”dan keçib. O, avqust ayında komanda ilə 4 oyuna çıxıb, 2 qol vurub.

Избранный
65
1
football-plus.az

2Источники