RU

Ukrayna belə bölünəcək

Yazını böyüt
Yazını kiçilt

“Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı hazırkı danışıqlardan sonra ölkə üç hissəyə bölünəcək”.

Hafta.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

Baş nazir vurğulayıb ki, Ukraynanın taleyi, deyəsən, həll olunub:

"Bu gün Avropa təhlükəsizlik zəmanətlərindən danışır, lakin bu təminatlar əslində ölkənin bölünməsi deməkdir. Bunun da nəticəsi Rusiya zonası, hərbisizləşdirilmiş zona və qərb zonası olacaq. Rusiya zonası artıq mövcuddur”.

Baş nazir qeyd edib ki, Avropa liderləri Moskvaya getməli və Kremllə təhlükəsizlik sazişi bağlamalıdırlar.

Onun sözlərinə görə, razılaşma Ukraynanın NATO və ya Avropa İttifaqına (Aİ) üzv ola bilməyəcəyi anlamına gəlməlidir. /globalinfo.az/

Избранный
71
2
hafta.az

3Источники