RU

Fransa hökuməti buraxıldı

Fransada Baş nazir Fransua Bayru hökumətinə çağırdığı etimad səsverməsində uduzub.

Publika.az xəbər verir ki, Fransa Milli Assambleyasının 364 deputatı onun vəzifədən kənarlaşdırılması və azlıq hökumətinin devrilməsi üçün səs verib. 19 nəfər qərarın əleyhinə çıxış edib, 25 deputat isə bitərəf qalıb.

Qeyd edək ki, bununla da Fransa Prezidenti Emmanuel Makron 20 ayda dördüncü baş nazirini etimadsızlıq səsverməsində itirib.

Избранный
25
13
publika.az

10Источники