RU

Fransa hökuməti buraxıldı

Fransa hökuməti buraxılıb.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, Baş nazir Fransua Bayru hökumətinə çağırdığı etimad səsverməsində uduzub.

Fransa Milli Assambleyasının 364 deputatı onun vəzifədən kənarlaşdırılması və azlıq hökumətinin devrilməsi üçün səs verib.

Daha 19-u qərarın əleyhinə çıxış edib, 25 deputat isə bitərəf qalıb.

Qeyd edək ki, Bayru hökuməti 1958-ci ildən bəri etimadsızlıq səsverməsində uduzan ilk adminstrasiya olub.

"Cebheinfo.az" 

Избранный
15
13
cebheinfo.az

10Источники