RU

Cəfər Hüseynzadə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi ilə görüşdü

BAKI, 9 sentyabr. TELEQRAF

Azərbaycanın NATO-dakı Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı Nümayəndəliyinin "X" hesabında paylaşım edilib.

Qeyd edilib ki, tərəflər Azərbaycan-NATO tərəfdaşlığı, gələcək əməkdaşlıq perspektivləri, Azərbaycan-Ermənistan arasında sülh prosesi ilə bağlı müzakirələr aparıblar.

"Biz ABŞ-nin, Prezident Donald Trampın bölgədə və onun hüdudlarından kənarda sülhün, sabitliyin təşviqindəki rolunu yüksək qiymətləndiririk", - paylaşımda deyilir.

Избранный
53
6
teleqraf.com

7Источники