Bu gündən etibarən Gəncə şəhərindən Kəlbəcər rayonuna ilk müntəzəm avtobus reysi açılıb.
Moderator.az Teleqraf-a istinadən xəbər verir ki, ilk avtobus reysi Gəncə Beynalxalq Avtovağzalından yola düşüb.
Sərnişin avtobusu Goranboy-Naftalan-Suqovuşan-Ağdərə istiqamətindən hərəkət edəcək. Reys hər gün 08:30-dan Gəncə şəhərindən Kəlbəcərə gedəcək.