RU

Mingəçevirdə məktəblilər arasında dava: 11-ci sinif şagirdi bıçaqlandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Mingəçevir şəhərində orta məktəbin 11-ci sinif şagirdləri arasında dava olub.
Oxu.Az-ın məlumatına görə, hadisə şəhərin Təbriz küçəsində baş verib.
Mingəçevir sakini, 2009-cu il təvəllüdlü Adəm Əmirli sinif yoldaşları Vasif Əlizadə və Fəxri Səbrəlizadə ilə küçədə söhbət edərkən aralarında mübahisə baş verib. Fəxri Səbrəlizadə bildirib ki, guya A.Əmirli ötən həftə məclislərin birində V.Əlizadəni söyüb. Mübahisə dava ilə nəticələnib. Dava zamanı V.Əlizadə üzərində gəzdirdiyi bıçaqla A.Əmirlini vurub. Qol nayihəsində iki bıçaq xəsarəti alan A.Əmirli xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan Oxu.Az-a verilən məlumatda bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən V.Əlizadə saxlanılıb.
Faktla bağlı istintaq araşdırmaları aparılır.
Samir Əli
Избранный
72
32
oxu.az

10Источники