RU

"Atletik Bilabo" klubunun ulduzu zədələndi - "Qarabağ"la oyunda iştirak edə biləcək?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İspaniya millisinin və "Atletik Bilbao" klubunun ulduz futbolçusu Niko Uilyams dünya çempionatının seçmə mərhələsində Türkiyə ilə oyunda zədələnib.
Oxu.Az "Marca" nəşrinə istinadən xəbər verir ki, həkimlər futbolçunun zədəsinin ciddi olduğunu və minimum altı həftə yaşıl meydanlardan uzaq qalacağını bildiriblər.
Qeyd edək ki, "Atletik Bilbao" Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindəndir. Azərbaycan çempionunun Bilbao təmsilçisi ilə oyunu oktyabrın 22-də səfərdə baş tutacaq. Bu oyunda Uilyamsın oynayıb-oynamayacağı sual altındadır.
Избранный
101
50
oxu.az

10Источники