RU

Duz gölünə tullantı su axıdan vətəndaşlar cərimələnəcəklər

Bakı. Trend:

Masazır gölünün ətrafında xeyli sayda əhali qeyri-qanuni olaraqməskunlaşıb. Həmin ərazidə İri Şəhərlərin Birləşmiş Su Təchizatınınmərkəzləşmiş tullantı su şəbəkəsi mövcud deyil. Lakin əhalininqanunsuz olaraq çirkab sularının Masazır gölünə axıdılmasınınqarşısını almaq üçün göl ətrafında 2 yerdə nasos stansiyasıqurulub. Bu stansiyalar vasitəsilə çirkab sular Novxanıkollektoruna ordan da Sumqayıt Tullantı Sutəmizləyici Qurğularınaötürülür.

Trend xəbərverir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinəistinadən xəbər verir.

Bildirilib ki, sözügedən çirkab su axıntısı isə Masazır gölündənaralı və səviyyəcə hündür olan təbii göldən gələn sudur. Həmingölün də ətrafında qeyri-qanuni məskunlaşan əhali çirkab sularınıqanunsuz olaraq gölə axıdırlar. Həmin gölün də səviyyəsi əhalininqanunsuz olaraq axıtdığı çirkab suların hesabına artaraq Masazırgölünə tökülür.

Mərkəzləşdirilmiş tullantı suların axıdılması sisteminə çıxışıolmayan əhali qrupları tullantı suların idarə olunmasındaalternativ və təhlükəsiz üsullardan yararlanmalı, mövcudqanunvericiliyin tələblərinə əməl etməlidirlər.

Mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi mövcud olmayanərazilərdə tullantı suların idarə olunması “Su təchizatı vətullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun vəAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 apreltarixli 74 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digəryaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena vəekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişəttullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması vəzərərsizləşdirilməsi Qaydaları”nın 5-ci bəndinin tələblərinə uyğunolaraq həyata keçirilməlidir. Belə ki, kanalizasiya sisteminəqoşulmayan yaşayış sahələrindəki tullantı sularının yığılmasıməqsədilə yerüstü hissəsi qapaq və barmaqlıqla təmin olunub,divarları və dibi sukeçirməz olan, dərinliyi 3 metrdən artıqolmayan çirkab su quyusu hazırlanmalıdır. Bu quyular yaşayışbinalarından, uşaq bağçalarından və məktəblərdən, uşaq oyunlarımeydançalarından və əhalinin istirahət yerlərindən mümkün qədəraralıda, 20 metrdən 100 metrə qədər məsafədə olmalıdır. Quyu dolmahəddindən asılı olaraq yarım ildə bir dəfədən az olmamaq şərti ilətəmizlənməlidir.

Əhali qrupu tərəfindən qeyd edilən tələblərə riayət edilmədikdəİnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən fizikişəxslər 600 manatdan 1000 manatadək məbləğdə cərimə edilir.

Sözügedən ərazilər üzrə yaşayış məntəqələrində formalaşantullantı sularının əhali qrupu tərəfindən ətraf mühitə, o cümlədənsu və su təsərrüfatı obyektlərinə birbaşa axıdılması hallarınınqarşısını almaq üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyiyanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət NəzarətiXidməti müntəzəm olaraq reydlər keçirir və qanuna əməl etməyənlərbarədə qanunauyğun şəkildə tədbir görürlər.

Kanalizasiya sistemi mövcud olmayan ərazilərdə ADSEA-nınsifarişi ilə təchizat sisteminin qurulması məqsədilə müvafiq layihəsənədləri hazırlanıb. Layihələrin icrası şəbəkənin mövcudluğu,texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyatakeçirilir. Yaşayış məntəqələrində tullantı su şəbəkəsinin inşasıtədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır.

Məqalədə:
Избранный
2
49
az.trend.az

10Источники