Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə I və VIII siniflər üzrə qəbul imtahanlarının nəticələri ilə bağlı sənədlərin qəbulu və qeydiyyat müddəti uzadılıb.
Bu barədə Ölkə.Az-a Mədəniyyət Nazirliyindən məlumat verilib. Qeydiyyat müddətinin 12 sentyabr saat 18:00-dək uzadıldığı bildirilib.
Qeyd edək ki, namizədlər tələb olunan sənədləri “MyCulture” şəxsi kabineti üzərindən sistemə yükləməklə qəbulunu təsdiqləyə bilərlər.