RU

Çin şirkəti Ələt Azad İqtisadi Zonasında günəş panelləri istehsal edəcək (FOTO)

Bakı. Trend:

Baş nazirin müavini, Azərbaycan - Çin HökumətlərarasıKomissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyinümayəndə heyətinin Çinə səfəri çərçivəsində sentyabrın 9-da Çenduşəhərində Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumu iləÇinin yüksək texnologiyalı şirkətlərindən olan “Sichuan SunsyncPhotovoltaic Technology Co., Ltd.” arasında Ələt Azad İqtisadiZonasında günəş panelləri istehsalı müəssisəsinin yaradılması üzrəİnvestisiya Sazişi imzalanıb.

Sənədi Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarəHeyətinin sədri Valeh Ələsgərov və “Sichuan Sunsync PhotovoltaicTechnology Co., Ltd.” şirkətinin təsisçisi və sədri Sie Yiimzalayıb.

Sazişə əsasən, şirkət Ələt Azad İqtisadi Zonasında lazımiinfrastruktur və kommunikasiyalarla təmin olunmuş 23 hektarlıqhazır sənaye torpaq sahəsində üç müasir istehsal müəssisəsi inşaedəcəkdir. Müəssisələrdə illik 3 qiqavat (QVt) istehsal gücünəmalik günəş panelləri, həmçinin silisium kristalları vəkomponentləri istehsal olunacaq. Bu müəssisədə istehsal ediləcəkgünəş panelləri eyni zamanda şirkət tərəfindən Ələt Azad İqtisadiZonasında inşa olunacaq Günəş Elektrik Stansiyasının tikintisindədə istifadə ediləcək. Məhsulların əksər hissəsi qlobal bazarlaraixrac ediləcək, bu isə Azərbaycanın bərpaolunan enerji istehsalıüzrə strateji mərkəz kimi mövqeyini daha da möhkəmləndirəcək.

Layihə Ələt Azad İqtisadi Zonasının inkişafında mühüm mərhələolmaqla yanaşı, Azərbaycan ilə Çin arasında iqtisadi əməkdaşlığıngüclənməsinə də töhfə verəcək. Bu layihənin həyata keçirilməsiÇinin yüksək texnologiyalı şirkətləri tərəfindən Ələt Azad İqtisadiZonasına göstərilən marağın artmasına zəmin yaradacaq.

Qeyd edək ki, aktivlərinin həcmi 1,7 milyard ABŞ dolları təşkiledən “Sichuan Sunsync” qısa müddətdə günəş panellərinin istehsalısahəsində qabaqcıl şirkətə çevrilə bilib. Azərbaycan Prezidentiİlham Əliyev Çinə işgüzar səfəri zamanı “Sichuan Sunsync”şirkətinin rəhbərini qəbul etmişdi və Ələt Azad İqtisadi Zonasındagünəş panellərinin istehsalı ilə bağlı ən müasir texnolojistandartlara cavab verəcək müəssisənin yaradılması ilə əlaqədarməsələlər müzakirə olunmuşdu.

Çin
Избранный
14
12
az.trend.az

10Источники