Ağdamda 16 yaşlı məktəbli qıza tecavüz etməkdə şübhəli bilinən bir qrup şəxs saxlanılıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Yüzbaşılı kəndində baş verib.
Belə ki, sözügedən faktla bağlı zərərçəkənin ailəsi yerli hüquq mühafizə orqanlarına müraciət edib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Bizim.Media-ya bildirilib ki, Ağdamda 2009-cu il təvəllüdlü qızın cinsi zorakılığa məruz qalması ilə bağlı Rayon Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən 4 nəfər rayon sakini saxlanılaraq istintaqa təqdim olunub.
Faktla bağlı müvafiq ekspertizalar təyin olunub. Araşdırmalar davam etdirilir.
Bizim.Media, Qarabağ bürosu
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта