RU

Azərbaycanda müvəqqəti yaşamaq üçün müraciət edən əcnəbilərin sayı AÇIQLANDI

Ötən ay 1 856 əcnəbi Azərbaycanda müvəqqəti yaşamaq üçün Dövlət Miqrasiya Xidmətinə (DMX) müraciət edib.

Bu barədə Modern.az-a DMX-dən məlumat verilib.

Bildirilib ki, avqust ayında quruma 6 363 müraciət daxil olub:

"Onlardan 1 856-sı müvəqqəti yaşama icazəsi, 111-i müvəqqəti olma müddətinin uzadılması, 523-ü vətəndaşlıq məsələləri, 838-i olduğu yer üzrə qeydiyyat, 415-i daimi yaşama icazəsi, 661-i iş icazəsi, 320-si inzibati xəta, 1639-u isə digər məsələlərlə bağlı olub".

Избранный
5
6
modern.az

7Источники