RU

Ağdamda 16 yaşlı qız bir qrup şəxs tərəfindən zorlanıb - 4 nəfər saxlanıldı

Ağdam rayonunun Yuxarı Yüzbaşılı kəndində yaşayan 16 yaşlı qız bir neçə nəfər tərəfindən cinsi zorakılığa məruz qalması barədə ailəsinə xəbər verib. 

Azreform.info -ın "Report"a istinadən məlumatına görə, zərərçəkən qızın ailəsi bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. 

DİN Mətbuat Xidmətinin regional qrupundan verilən məlumatda bildirilib ki, Ağdam rayonunda 2009-cu il təvəllüdlü qızın cinsi zorakılığa məruz qalması ilə bağlı Rayon Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən 4 nəfər rayon sakini saxlanılaraq istintaqa təqdim olunub.

Faktla bağlı müvafiq ekspertizalar təyin olunub, araşdırmalar davam etdirilir.

Избранный
33
41
azreform.info

10Источники