Avstriyalı müdafiəçi David Alaba gələn yay “Real”ı tərk edəcək.
Publika.az xəbər verir ki, bu barədə "Fichajes" məlumat verib.
33 yaşlı futbolçunun İspaniya nəhəngi ilə müqaviləsi 2026-cı ilin yayında başa çatır. Sözləşmə yenilənməyəcək və Alaba azad agent kimi komandadan ayrılacaq. Bunun əsas səbəbi onun tez-tez zədələnməsidir.
İspaniya mətbuatına görə, Alabanın Madrid klubundakı illik maaşı 22 milyon avrodur.