RU

8 yaşlı qızın öldüyü hadisənin Təfərrüatı

ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Gəncə şəhərində velosipeddən yıxılan 8 yaşlı uşaq vəfat edib. 

“Qafqazinfo” xəbər verir ki, 2017-ci il təvəllüdlü A. Abbasova ağır vəziyyətdə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə aparılıb.

Həkimlərin səyinə baxmayaraq uşaq xəstəxanada vəfat edib.

İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Faktla bağlı araşdırma aparılır.

***

Gəncədə 8 yaşlı qızın öldüyü hadisənin təfərrüatı məlum olub.

“Qafqazinfo” xəbər verir ki, dünən müəmmalı şəkildə ölən Ayşən Azər qızı Abdullayevanın qaçarkən velosipedə çırpılması nəticəsində vəfat etməsi müəyyənləşib.

Belə ki, Ayşən yaşadığı Ozan küçəsində döngədən qaçarkən 2011-ci il təvəllüdlü Allahverdiyev Həbib Vüqar oğlunun idarə etdiyi velosipedə dəyib və bu zaman velosipedin sağ əyləc tutacağı A.Abbasovanın gözünə girib. Nəticədə azyaşlı qız aldığı açıq kəllə-beyin travması xəsarətindən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
36
4
qafqazinfo.az

5Источники