RU

MİQ imtahanının qiyməti bu qədər olacaq

Ajans.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında parlamentin Sosisal qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev “Ümumi təhsil haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı deyib.

“Bildiyiniz kimi, hər bir namizəd qeydiyyatdan keçərək müsabiqədə iştirak etmək üçün müraciət edir. Amma nəticədə müraciət edən şəxsin müsabiqədə iştirak etməsi arasında disporposional fərq yaranır. Təxminən hər il 10-12 min qeydiyyatdan keçən şəxslər həmin imtahanda iştirak etməkdən imtina edirlər. Bu da təbii ki, o müsabiqə ilə bağlı izafi xərclərə səbəb olur. Bunun da qarşılanması çətin olur. Bu dəyişiklik ona xidmət edir ki, əlçatan bir rəqəm, təbii ki bu, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək,  təxminən 45-60 manat arasında müsabiqədə iştirak etmək üçün vəsait ödəniləcək. Bu, ilk dəfə müraciət edən şəxslərə və güzəştli kateqoriyaya daxil olan insanlara şamil edilməyəcək”, - deyə şöbə müdiri bildirib.

Избранный
12
12
Ajans.az

10Источники