RU

Müəllimlərin əməkhaqlarına proporsional artım TƏKLİF EDİLİR

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Sertifikasiya imtahanından keçəndən sonra müəllimlərin motivasiyası, stimullaşdırılması ilə bağlı əməkhaqqına edilən artımlar düzgün nəzərdə tutulmayıb".
Oxu.Az-ın məlumatına görə, bunu Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib.
O qeyd edib ki, bu prosesdə artım müxtəlif olmalıdır:
"Yəni 31 bal yığmış müəllimlə 50 bal yığan müəllim əməkhaqqına eyni - 10% artım əldə edir. Bu, bilavasitə qanunla tənzimlənmir. Amma Elm və təhsil komitəsi Nazirlik qarşısında bu məsələni qaldırmalıdır ki, müraciətlər də səngisin. Ən azından proporsional artım olsun. Məsələn, 31-40 bal aralığında bal toplayan müəllimlər 10%, 41-50 aralığında bal toplayanlara isə 20-25% əməkhaqqına artım olsun".
Samir Əli
Избранный
10
1
oxu.az

10Источники