RU

MİQ imtahanlarının ödənişli olmasına nazirin açıqlaması

Müəllimlərin İşə Qəbul (MİQ) imtahanında qiymətlər simvolik və xərcləri qarşılamaq üçün təyin ediləcək.

"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən brifinqdə MİQ imtahanlarının ödənişli olması ilə bağlı suallarını cavablandırarkən deyib.

O bildirib ki, bəzi şəxslər imtahanda iştirak üçün qeydiyyatdan keçir, amma imtahana gəlmir:

"Qiymət bazara uyğun olacaq. Bəzi şəxslərə bu imtahan pulsuz olacaq. Məqsəd pul toplamaq deyil, məsuliyyət yaratmaqdır. İmtahanda iştirak üçün 60 minə yaxın müraciət daxil olurdu, amma onlardan 48 mini gəlirdi.  Belədə biz imtahana gəlməyən şəxs üçün kifayət qədər xərc çəkmiş oluruq. Prosesin maya dəyəri var, bu rəqəm heç də kiçik deyil. Sual yazılır, məkan ayrılır, nəzarətçi iştirak edir".

Избранный
12
3
qaziler.az

5Источники