RU

Sergey Kleşenko Moldova yığmasından qovuldu

Futbol üzrə Moldova milli komandasının baş məşqçisi, 53 yaşlı mütəxəssis Sergey Kleşenko vəzifəsindən istefaya göndərilib.

Arena.az xəbər verir ki, bu barədə Moldova Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

53 yaşlı mütəxəssislə yolların ayrılmasına yığma komandanın DÇ-2026-nın seçmə mərhələsində Norveçə 1:11 hesabı ilə uduzması səbəb olub.

Sergey Kleşenko 2021-ci ilin dekabr ayından Moldova yığmasına rəhbərlik edirdi. Komanda onun rəhbərliyi altında bütövlükdə 38 oyun keçirib, 12 qələbə, 8 heç-heçə, 18 məğlubiyyət görüb. Top fərqi də xoşagələn deyil – 45:77.

Kleşenko daha öncə Moldova millisində Engin Fıratın və Roberto Bordinin köməkçisi kimi fəaliyyət göstərib. Bundan öncə isə o, Moldovanın gənclərdən ibarət yığmasına rəhbərlik edib. Moldovalı mütəxəssis əvvəllər “Rostov”, “Leyriya” klublarında köməkçi-məşqçi, “Zimbru” və “Milsami”də baş məşqçi kimi də çalışıb.

error: Məzmun qorunur!
Избранный
5
3
arena.az

7Источники