RU

Azərbaycanlı hücumçu “Kəpəz”də RƏSMİ

Idmanxeber.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Kəpəz” daha bir futbolçunun keçidini həll edib.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “sarı-göylər” Sadiq Şəfiyevi heyətinə qatıb.

“Turan Tovuz”un 19 yaşlı hücumçusu mövsümün sonuna kimi icarəyə götürülüb. Gəncə futbol məktəbinin yetirməsi olan Şəfiyev 2020-2021-ci illər və ötən mövsümün 2-ci hissəsini “Kəpəz”də keçirib.

Qeyd edək ki, Sadiq Şəfiyev aşağı yaş qrupları üzrə milli komandaların şərəfini qoruyub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
9
10
idmanxeber.az

10Источники