RU

Bu il kafe və restoranların dövriyyəsi 14 faiz artıb

Cari ilin yanvar-avqust aylarında ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 14 faiz artaraq 1 milyard 751 milyon manat olub.

Dövlət Statistika Komitəsindən FED.az-a bildirilib ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 51 faizi hüquqi şəxslərin, 49 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.

Hüquqi şəxslər üzrə dövriyyə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,7 faiz artaraq 886 milyon manat olub.

Избранный
29
9
fed.az

10Источники