RU

CAR klubu azərbaycanlı legionerə böyük pullar ödəyəcək

Turan Manafovun karyerasını Cənubi Afrika Respublikasında (CAR) davam etdirəcəyini bilirsiz.
Azərbaycanlı futbolçu "Stellenboş"la anlaşıb. Millimizin sabiq müdafiəçisi 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Turan Manafov son olaraq "Kəpəz"də çıxış edib. O, daha əvvəl "Zaqatala", "Səbail", "Olimpiakos" (Volou) və "Araz-Naxçıvan"ın formasını geyinib.
27 yaşlı sol cinah oyunçusu Afrikada indiyədək qazanmadığı qədər pul əldə edəcək. CAR klubu həmyerlimizə illik olaraq 120 min dollar əməkhaqqı ödəyəcək.

SPORTİNFO.AZ

Избранный
58
1
sportinfo.az

2Источники