RU

Adil Vəliyevdən YENİ TƏYİNATLAR

Sabunçu Rayon İcra Hakimiyyətində yenə kadr dəyişikliyi həyata keçirilib.

NOCOMMENT.az Manset.az-a istinadən xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin müvafiq əmri ilə icra başçısının Pirşağı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rauf Həsənov vəzifəsindən azad edilərək, Ramana qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndə təyin edilib.
Digər əmrlə, Vəlibəyli Sədai Adil Vəliyevin Pirşağı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndə təyin olunub.
Qeyd edək ki, bir neçə gün əvvəl də Sabunçu Rayon İcra Hakimiyyətində bir sıra kadr təyinatları həyata keçirilmişdir.
Избранный
23
7
nocomment.az

8Источники