RU

“Benfika” - “Qarabağ” oyunu belçikalı hakimlərə tapşırıldı

Futbol üzrə UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunun “Benfika” – “Qarabağ” oyununun hakimləri müəyyənləşib.

Arena.az xəbər verir ki, Azərbaycan və Portuqaliya klubları arasında baş tutacaq qarşılaşmanı belçikalı FIFA referisi Erik Lambrexts idarə edəcək.

Ona yan xətt hakimləri Co De Veird və Kevin Monteni yardım edəcəklər. Dördüncü hakim funksiyasını Natan Verbumen yerinə yetirəcək.

Xatrladaq ki, “Benfika” – “Qarabağ” matçı sentyabrın 16-da Bakıda keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda təşkil edəcək qarşılaşmaya saat 23:00-da start veriləcək.

error: Məzmun qorunur!
Избранный
10
7
arena.az

10Источники