AZ

La Liqa: “Real” səfərdə, “Atletiko” evdə sevindi

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 4-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

“Xetafe” doğma meydanda “Real Ovyedo”nu, Madrid “Atletiko”su isə “Vilyarreal”ı 2 cavabsız qolla məğlub edib. Səfərdə “Real Sosyedad”la qarşılaşmış Madrid “Real”ı da turu qələbə ilə başa vurub. “Atletik” isə evdə “Alaves”ə minimal hesabla uduzub.

4-cü turun qalan görüşləri sentyabrın 14-də və 15-də keçiriləcək.

İspaniya, La Liqa
4-cü tur

12 sentyabr

Sevilya – Elçe 2:2
Qollar: İ.Romero, 28. Peke, 85 – A.Silva, 54. R.Mir, 70.

13 sentyabr

Xetafe – Real Ovyedo 2:0
Qollar: M.Martin, 45+4. Mayoral, 45+9.

Real Sosyedad – Real 1:2
Qollar: Oyarsabal, 56-pen – Mbappe, 12. A.Gülər, 44.

Atletik – Alaves 0:1
Qol: Berencer, 57-öz qapısına.

Atletiko – Vilyarreal 2:0
Qollar: P.Barrios, 9. N.Qonsales, 52.

14 sentyabr

16:00. Selta – Jirona
18:15. Levante – Betis
20:30. Osasuna – Rayo Valyekano
23:00. Barselona – Valensiya

15 sentyabr

23:00. Espanyol – Malyorka

error: Məzmun qorunur!
Seçilən
12
20
arena.az

10Mənbələr