Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 5-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub.
Səfərdə “Eyüpspor”la qarşılaşmış son çempion və lider “Qalatasaray” inamlı qələbəyə sevinib. “Karagümrük” evdə “Kasımpaşa”ya, “Konyaspor” “Alanyaspor”a, “Samsunspor” isə “Antalyaspor”a məğlub olub. “Beşiktaş” da doğma meydanda “Başakşəhər” üzərində əzmkar qələbəyə sevinib.
Turun qalan görüşləri sentyabrın 14-də və 15-də keçiriləcək.
Türkiyə, Super Liqa
5-ci tur
13 sentyabr
Eyüpspor – Qalatasaray 0:2
Qollar: İkardi, 73. Y.Akgün, 89.
Karagümrük – Kasımpaşa 0:1
Qol: M.Kadıoğlu, 31-öz qapısına.
Samsunspor – Antalyaspor 1:2
Qollar: Holse, 51 – S.Dikmen, 21. G.Dikiya, 46.
Beşiktaş – Başakşəhər 2:1
Qollar: E.B.Ture, 74. C.Ündər, 90+1 – E.Şomurodov, 71.
Konyaspor – Alanyaspor 1:2
Qollar: E.Bardi, 51 – U.Oqundu, 28. Maestro, 79.
14 sentyabr
18:00. Kayserispor – Göztəpə
20:00. Fənərbağça – Trabzonspor
20:00. Qaziantep – Kocaelispor
15 sentyabr
21:00. Rizəspor – Gənclərbirliyi