AZ

Vüsal İsgəndərli “Partizani”də qol hesabını açdı

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli Albaniyanın “Partizani” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün 3-cü turu çərçivəsində “Vlajniya” ilə qarşılaşıb.

“Partizani” səfərdə baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıb – 1:4. İsgəndərli start heyətdə meydana çıxdığı bu görüşün 68-ci dəqiqəsində, hesab 1:1 olarkən əvəzlənib. Komandasının yeganə qolunu da azərbaycanlı futbolçu vurub. O, 26-cı dəqiqədə oyunda hesabı açıb. Amma ilk hissədə üstünlüyünü əldən vermiş “Partizani” 90+1, 90+3 və 90+7-ci dəqiqələrdə buraxdığı qollar nəticəsində məğlub olub.

“Partizani” 3 turdan sonra 4 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 4-cü pillədə qərarlaşıb. Sözügedən komanda 3 oyunda 1 qələbə qazanıb, 1 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Vüsal İsgəndərli Albaniya klubuna bu ilin yayında Türkiyənin “Boluspor” komandasından azad agent kimi keçib. Hücumçu “Partizani” ilə 1+1 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 3 oyuna çıxıb, 1 qola imza atıb.

Vüsal İsgəndərli daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya”, “Boluspor” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 5 oyunda fərqlənə bilməyib.

error: Məzmun qorunur!
Seçilən
11
4
arena.az

10Mənbələr