AZ

Liqa 1: “Monako” səfərdə, “Nitsa” evdə qələbə qazandı

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 4-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

“Nitsa” doğma meydanda “Nant”ı tək qolla üstələyib. Üç qolun qeydə alındığı “Oser” – “Monako” matçında isə qonaqlar qalib gəliblər.

4-cü turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Fransa, Liqa 1
4-cü tur

12 sentyabr

Olimpik (Marsel) – Loryan 4:0
Qollar: Qrinvud, 13-pen. Pavar, 20. A.Qomes, 33. Ager, 90+4.

13 sentyabr

Nitsa – Nant 1:0
Qol: Boqa, 56.

Oser – Monako 1:2
Qollar: Salisu, 73-öz qapısına – Minamino, 45+2. İlenixena, 89.

14 sentyabr

17:00. Lill – Tuluza
19:15. Brest – Paris
19:15. Mets – Anje
19:15. PSJ – Lans
19:15. Strasburq – Havr
22:45. Renn – Olimpik (Lion)

error: Məzmun qorunur!
Seçilən
11
20
arena.az

10Mənbələr