Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının (EBSL-2025) final mərhələsində bürünc medal qazanıb.
Arena.az xəbər verir ki, B Liqasında yer almış millimiz 3-cü yer uğrunda oyunda Qazaxıstan yığmasını 7:1 hesabı ilə məğlub edib.
Komandamızın heyətində qolları Elçin Qasımov, Kamran Qürbətov, Bayram Bayramlı, Sahib Məmmədov, Orxan Məmmədov, Ramil Əliyev və Comərd Baxşəliyev vurublar.
Xatırladaq ki, Azərbaycan milli komandası daha əvvəl A qrupunda Belçika yığmasını 5:4 hesabıyla məğlub etmiş, Litva seçməsinə 1:2 hesabıyla uduzmuşdu. Yarımfinalda isə komandamız Rumıniya yığmasına 3:5 hesabıyla məğlub olmuşdu.
error: Məzmun qorunur!