RU

Tramp hədələdi

ABŞ Prezidenti Donald Tramp, paytaxt Vaşinqtonun Demokrat meri Muriel Bouzerin ABŞ Miqrasiya və Gömrük Mühafizəsi (ICE) bölmələri ilə əməkdaşlıq etməyəcəyini açıqlamasından sonra, lazım gələrsə fövqəladə vəziyyət elan edib federal idarəetməni tətbiq edəcəyini bildirib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Tramp "Truth Social" hesabından Vaşinqtondakı cinayət səviyyəsi və Muriel Bouzerin açıqlamaları ilə bağlı paylaşım edib.

Federal hökumətin müdaxiləsi sayəsində Vaşinqtonun bir neçə həftə ərzində ABŞ-nin, hətta dünyanın ən təhlükəli şəhərlərindən biri olmaqdan çıxaraq ən təhlükəsiz şəhərlərdən birinə çevrildiyini iddia edən Tramp, şəhərin “demək olar ki, cinayət olmayan bir yer” halına gəldiyini bildirib.

Tramp şəhərin restoranlarının, mağazalarının və bizneslərinin insanla dolub-daşdığını qeyd edərək, Demokrat meri Muriel Bouzerin ICE bölmələri ilə əməkdaşlıq etməyəcəyini açıqladığını vurğulayıb.

Muriel Bouzerin sözlərinə reaksiya verən Tramp bunları deyib:

“Əgər buna icazə versəm, cinayətlər yenidən baş qaldıracaq. Buna icazə verməyəcəyəm. Lazım gələrsə fövqəladə vəziyyət elan edib federal idarəetməni tətbiq edəcəyəm”.

Избранный
27
1
cebheinfo.az

2Источники