Samuxda yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az apa-ya istinadən xəbər verir ki, hadisə Samux şəhəri ərazisində qeydə alınıb.
VAZ-2107 markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı mağazaya çırpılıb.
Qəza zamanı sürücü F.Həsənov və daha 3 nəfər xəsarət alıb.
Xəsarət alanlarlar xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.