Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün Liqa mərhələsinə start veriləcək.
Arena.az xəbər verir ki, ilk turun ilk oyun günündə 6 qarşılaşma baş tutacaq.
Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən İspaniyanın “Atletik” klubu evdə İngiltərə “Arsenal”ı ilə üz-üzə gələcək. La Liqanın digər təmsilçisi “Real” isə səfərdə Marsel “Olimpik”i ilə qarşılaşacaq.
Qeyd edək ki, ÇL-in Liqa mərhələsinin ilk turunun qalan görüşləri sabah keçiriləcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 1-ci tur
16 sentyabr
20:45. PSV (Niderland) – “Yunion” (Belçika)
20:45. “Atletik” (İspaniya) – “Arsenal” (İngiltərə)
23:00. “Real” (İspaniya) – “Olimpik” (Marsel, Fransa)
23:00. “Benfika” (Portuqaliya) – “Qarabağ” (Azərbaycan)
23:00. “Yuventus” (İtaliya) – “Borussiya” (Dortmund, Almaniya)
23:00. “Tottenhem” (İngiltərə) – “Vilyarreal” (İspaniya)