RU

Faiq Ağayev canlı yayımda aparıcıya dərs keçdi - VİDEO

Xalq artisti Faiq Ağayev canlı efirdə aparıcı Zümrüd Bədəlovaya irad bildirib.


Bakupost.az xəbər verir ki, o, “Gün ortası” verilişində qonaq olub.

Bu zaman verilişə canlı qoşulan pərəstişkarın ünvanladığı sual F. Ağayev tərəfindən xoş qarşılanmayıb. Buna səbəb sənətkara evliliklə bağlı verilən sual olub: “Ananızın bu qədər təkidlərinə baxmayaraq, cəmi 4 il evli qalmısınız, niyə?”

Daha sonra Xalq artisti sualı cavablandırıb, lakin aparıcının bu mövzuları efirdə müzakirə etməsini qınayıb: “Mən “Azad Azərbaycan” Teleradio və Yayım Şirkətinin Bədii Şurasının üzvü olaraq sənə irad bildirirəm. Və sənin simanda bütün həmkarlarına da. Audioviziual Şura da bildirib ki, efirdə ailə-məişət məsələləri çox müzakirə olunmasın. Tərəfdarı deyiləm. Bu kimi mövzular efirdə yox, mətbəxdə danışılmalıdır. Bugünlük səni bağışlayıram. Səndən birillik fasilə götürürəm. Bir il mənə zəng etmirsən. O müddət keçdikdən sonra inşallah kinim soyuyar, bəlkə onda səni bağışlayaram”.

Sənətkarın tənqidi sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

Verilişdən həmin hissəni təqdim edirik:

Избранный
29
18
yenilik.az

10Источники