Bakı, 16 sentyabr, AZƏRTAC
“Qəbələ”nin gənc futbolçusu Salihu Nasiru FİFA U-20 dünya çempionatında iştirak edəcək.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, 18 yaşlı oyunçu Çilidə keçiriləcək mundialda mübarizə aparacaq Nigeriya millisinin 21 nəfərlik heyətinə daxil edilib.
Nigeriya U-20 millisi sentyabrın 27-də start götürəcək dünya çempionatının final mərhələsində F qrupunda Kolumbiya, Səudiyyə Ərəbistanı və Norveç komandaları ilə mübarizə aparacaq.
Qeyd edək ki, Salihu Nasiru daha əvvəl Nigeriyanın U-20 millisinin heyətində 4 oyunda iştirak edib.