RU

"Qəbələ"nin futbolçusu dünya çempionatında iştirak edəcək

“Qəbələ”nin gənc futbolçusu Salihu Nasiru FIFA U-20 dünya çempionatında iştirak edəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə "qırmızı-qaralar"ın mətbuat xidməti məlumat yayıb.
 
18 yaşlı oyunçu Çilidə keçiriləcək mundialda mübarizə aparacaq Nigeriya millisinin 21 nəfərlik heyətinə daxil edilib. Nigeriya U-20 millisi sentyabrın 27-də start götürəcək dünya çempionatının final mərhələsində F qrupunda Kolumbiya, Səudiyyə Ərəbistanı və Norveç komandaları ilə eyni qrupda mübarizə aparacaq.
 
Qeyd edək ki, Salihu Nasiru daha əvvəl Nigeriyanın U-20 millisinin heyətində 4 oyunda iştirak edib.
 
Избранный
33
12
moderator.az

10Источники