RU

“Ayntraxt Frankfurt” – “Qalatasaray” oyununa italiyalı hakim təyinatı

Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində  keçiriləcək “Ayntraxt Frankfurt” – “Qalatasaray” oyununun hakim təyinatı açıqlanıb.

Fanat.Az xəbər verir ki, görüşü italiyalı referi Marko Quida idarə edəcək.

“Qalatasaray” Almaniya səfərində qələbə qazanaraq turnirdə iddiasını davam etdirmək, “Ayntraxt Frankfurt” isə doğma meydanda üstünlüyünü qorumaq niyyətindədir.

Qeyd edək ki, matç 18 sentyabr saat 23:00-da start götürəcək.

Kamil Xudiyev

Избранный
43
fanat.az

1Источники