RU

Tarixi qələbə “Qarabağ”a MİLYONLAR QAZANDIRDI

Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda möhtəşəm qələbə qazanan “Qarabağ” böyük mükafat qazanıb.

Publika.az-ın məlumatına görə, səfərdə “Benfika”nı 3:2 hesabı ilə məğlub edən Ağdam klubu 3 xaldan savayı 2,1 milyon avro (4,24 milyon manat) qazanc əldə edib. Bu, UEFA-nın qitənin bir nömrəli klub turnirinin əsas mərhələsində qazanılan hər qələbəyə görə verilən mükafatdır. Heç-heçə halında komandalara 700 min avro (1,42 milyon manat) ödənilir.

Heybət Məmmədov

Избранный
13
2
publika.az

10Источники