UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda “Benfika”ya qalib gələn “Qarabağ” bu qələbəni Azərbaycan Prezidenti İlham Əliyevə həsr edib.
İdman.biz xəbər verir ki, bunu "Qarabağ"ın rəsmi saytına açıqlamasında klub prezidenti Tahir Gözel deyib.
O bildirib ki, Azərbaycan futbolu tarixinə Çempionlar Liqasının əsas mərhələsində əldə olunan ilk qələbə kimi düşən bu oyun ölkə başçısına həsr edilir: “Bu qələbəni Qarabağın fatehi, tarixi şəxsiyyət, xalqın böyük və dahi rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevə həsr edirik”.
Qeyd edək ki, “Qarabağ” Portuqaliyadakı qarşılaşmada 0:2 hesabı ilə geri düşsə də, üç qol vuraraq əzmkar qələbə qazanıb – 3:2. Bu, Azərbaycan klublarının Çempionlar Liqasının əsas mərhələlərində ilk qələbəsi olub.
İdman.biz