RU

Zahid Oruc: Dövlətimizin məcburi köçkünlərə münasibəti əsas götürülməlidir

BAKI, 17 sentyabr. TELEQRAF

"Biz dövlətimizin məcburi köçkünlərə, qaçqınlara münasibətini əsas götürməliyik. Onun üzərindən təşviq aparmalıyıq, ictimai məlumatlandırma etməliyik".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc deyib.

O qeyd edib ki, cənab Prezidentin çox az hallarda kövrək halını ekranda göstərdiyi olubsa, bu da məcburi köçkünlərlə əlaqədardır: “Ölkə başçısı vurğulayıb ki, onlar çox ağır və məhrumiyyətli şəraitləri yaşayıblar. On illər ərzində yerli insanlarımız ilə hər şeylərini itirmiş məcburi köçkünlər ətlə dırnaq kimi bir-birinə bağlı yaşayıblar. 10 illər ərzində bu dövlət "torpaqları azad etməyəcək" deyənlər, indi də "o torpağı köçkünlərə verməyəcək" sözü ilə son dərəcə təhlükəli və qeyri-milli təbliğatın üzərindədirlər".

Избранный
68
4
teleqraf.com

7Источники