RU

ABŞ və Böyük Britaniya artıq qlobal böhranları söndürə bilmir – ÖZƏL

Olaylar.az xəbər verir ki, The Washington Post yazır ki, bir zamanlar dünya nizamının əsas dayaqları hesab olunan ABŞ və Böyük Britaniya artıq qlobal böhranlara qarşı vahid mövqe sərgiləmək gücündə deyil. Qəzetin qənaətinə görə, buna səbəb həm iki ölkə arasında dərin fikir ayrılıqları, həm də daxili problemlərdir. Məqalədə qeyd olunur ki, ABŞ və Böyük Britaniya əvvəllər "dünya arenasında lider" kimi çıxış edir, "ciddi böhranlarla mübarizə aparan diplomatik duet" rolunu oynayırdılar. Lakin bu gün vəziyyət fərqlidir.
ABŞ prezidenti Donald Trampın Böyük Britaniyaya dövlət səfəri fonunda qəzet yazır: "Tramp artıq çoxdan öz ölkəsindəki proseslərə nəzarəti itirib, eyni vəziyyət Böyük Britaniyada da baş nazir Kir Starmer və kral III Karl üçün keçərlidir". The Washington Post bildirir ki, Vaşinqton və London yalnız daxili çətinliklərlə deyil, həm də müasir dövrün əsas böhranlarına - Ukrayna məsələsi və İsrail-Fələstin münaqişəsinə münasibətdə  kəskin fikir ayrılığı yaşayırlar. "Bunu heç bir təntənəli mərasim gizlədə bilmir", - qəzet vurğulayır.
Nəşr həmçinin qeyd edir ki, ABŞ və Böyük Britaniya arasında faktiki olaraq ticarət müharibəsi gedir. Donald Tramp 16 sentyabr axşamı Böyük Britaniyaya müasir tarixdə misilsiz şəkildə ikinci dəfə dövlət səfərinə gəlib. 17 sentyabrda o, kral III Karl tərəfindən Vindzor qəsrində qəbul ediləcək, 18 sentyabrda isə baş nazir Kir Starmerlə Çekers iqamətgahında danışıqlar aparacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
47
olaylar.az

1Источники